COP29 | Con Podesta : COP Sədrliyi ilə müxtəlif mövzular ətrafında fəal şəkildə işləmişik
ABŞ nümayəndə heyətinin noyabrın 12-də Çin və Azərbaycan ilə birlikdə metan və bəzən çox diqqət yetirilməyən, lakin qlobal istiləşmə üçün istixana qazlarının yarısının yaranmasına səbəb olan qazların azaldılması ilə bağlı sammit keçirəcəyini qeyd edən C.Podesta bildirib: “Beləliklə, biz insanları yeni bir maliyyələşdirməyə nail olmaq üçün səylə işləməyə təşviq etməkdə davam edəcəyik. Mən bir neçə həftə əvvəl burada idim. Biz bu müzakirələri davam etdiririk. Bu, real olmalıdır və biz bunu burada həyata keçirə biləcəyimizi düşünürük. Biz altıncı maddəni yekunlaşdırmaqla bağlı, nəhayət, irəliləyiş əldə edirik. Dubay konsensusunda əldə olunmuş mühüm nəticələr üzərində işləyirik. Ümid edirəm ki, bu işlər dünyanı düzgün istiqamətə yönəldəcək”.
AzVision.az
Teqlər: COP29